Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulu Ayxan Süleymanov:
06.02.26 cı il tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda BDU nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, BDU-nun və Yesenov Universitetinin professoru Eldar Cəfərov, həmçinin həmin universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Mərkəzinin direktoru İlkin Orucovla görüş keçirdim.
Görüş çərçivəsində Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında elmi əməkdaşlığın inkişaf istiqamətləri, habelə təhsil sahəsində ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi apardıq.
Görüşdə xüsusilə, ölkələrimizin aparıcı ali təhsil müəssisələri olan BDU ilə Yessenov Universiteti arasında icra olunan ikili diplom proqramının həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir. “Beynəlxalq münasibətlər” ixtisası üzrə reallaşdırılan bu birgə layihənin uğurla davam etməsi müsbət qiymətləndirilmişdir.
Məmnunluqla qeyd edildi ki, 2026-cı ildə sözügedən proqram üzrə ilk məzun buraxılışının həyata keçirilməsi nəzərdə tutulur. Proqramı uğurla başa vuran tələbələr həm Azərbaycan Respublikasının, həm də Qazaxıstan Respublikasının dövlət nümunəli diplomlarına sahib olacaqlar.
Görüşün sonunda dəyərli qonaqlara gələcək fəaliyyətində uğurlar arzuladım.![]()
![]()
![]()



















